Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın magistraturasının boş qalan plan yerlərinə qəbul olanlara xəbərdarlıq edib.
AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə AMEA-nın magistraturasının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 16-dan avqustun 25-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) aşağıdakı sənədləri təqdim etməklə AMEA-da qeydiyyatdan keçməlidirlər:
- Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin adına ərizə;
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- Bakalavr diplomunun əsli və surəti (2016-cı ilin məzunları ali təhsil müəssəsini bitirmək haqqında arayış təqdim etməlidirlər);
- 3x4 sm ölçüdə yeni çəkilmiş 4 ədəd fotoşəkil.
Qeyd edək ki, yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcək.