AMEA-nın magistraturasına qəbul planı təsdiqlənib
04 fevral 2016 16:50 (UTC +04:00)

AMEA-nın magistraturasına qəbul planı təsdiqlənib

0

 

Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsinə 2016-2017-ci tədris ili üçün qəbul planı təsdiqlənib.

 

AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Akademiyanın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 9-12 iyun, müsahibəsi isə 13, 14, 16, 17 iyun 2016-cı il tarixlərində keçiriləcək.

Bu il AMEA-nın magistraturasına 15 ixtisas və 39 ixtisaslaşma üzrə 63 yer nəzərdə tutulub.

Xatırladaq ki, 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar