“Əsas məsələ Azərbayan Milli Elmlər Akademiyasının (AMEA) informasiyalaşdırılmasıdır”.
Bunu bu gün keçirdiyi mətbuat konfransında AMEA prezidenti Akif Əlizadə söyləyib.
Akif Əlizadə deyib ki, bu gün informasiya olmadan nəinki elm və təhsil, heç bir sahə inkişaf edə bilməz: “Bu gün internet vasitəsi ilə hər bir məsələ həll olunur, hətta həkim diaqnoz da qoyur. AMEA-nın institutlarında bu sahədə çatışmazlıqlar vardı. AME İnformasiya Texnologiyaları İnstitutunda yüksək informasiya-kommunikasiya texnologiyaları (İKT) mövcuddur. İnformasiya Texnologiyaları İnstitutunun təcrübəsindən istifadə edərək AMEA-da İKT-nin tətbiqini yüksək səviyyəyə qaldırmaq niyyətindəyik”.
Akif Əlizadə Azərbaycan elminin nailiyyətinin virtual məkanda yayılmasının zəruri olduğunu bildirib: “AMEA bu gün 17 dövlət proqramında iştirak edir və məsuliyyət daşıyır. “Azərbayan-2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası AMEA-nın əsas inkişaf platformasını təşkil edir. Bu konsepsiyanın həyata keçirilməsində elmin rolu böyükdür”.
AMEA-nın əsas problemi açıqlandı
855