Akif Əlizadə: “AMEA-nın bəzi institutları birləşə bilər”
28 yanvar 2016 11:05 (UTC +04:00)

Akif Əlizadə: “AMEA-nın bəzi institutları birləşə bilər”

“Akademiyanın bəzi institutlarının birləşdirilməsi məsələsinə baxıla bilər. Alimlər bunu müzakirə etməlidir. Yekun fikir olanda ictimaiyyətə açıqlanacaq”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

 

O qeyd edib ki, AMEA-nın bəzi institutlarının birləşdirilməsi hər zaman gündəmdə olub: “Bilirsiniz, zamandan çox şey asılıdır. Zaman var ki, elmi istiqamətlər şaxələnir, inkişaf edir. O zaman elmi idarələrin, elmi qurumların sayı artır. Bu, bəlkə həmin zamanın tələblərinə uyğundur. Amma elə zaman da olur ki, elm təbiət kimi inteqrasiya olunur. Təbiətin özündə siz fizikanı kimyadan ayıra bilməzsiniz. Mən demirəm ki, indi Fizika və Kimya İnstitutları birləşməlidir. Amma biz imkan tapıb bu məsələni müzakirə etməliyik. Yəni bunlar inteqrasiya olunan şəraitdə elmə bəlkə də bugünkündən bir qədər artıq səmərə verə bilərlər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar