Ağcabədidə Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub
14 may 2015 19:55 (UTC +04:00)

Ağcabədidə Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş binanın rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Hissənin ərazisində 3 çıxışlı yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, 2 ədəd su anbarı, içməli su anbarı, avtoyuma və bir artezian quyusu inşa olunub. İnzibati binada şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostend də təşkil edilib.  Bundan başqa, inzibati binada dispetçer, tədris və istirahət otaqları, yeməkxana da var. Hissə ən müasir yanğınsöndürmə və qəza-xilasetmə avtomobilləri ilə təmin edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 135
avatar

Oxşar yazılar