İqtisad Universitetində tədrisin keyfiyyətinin artırılması məsələləri müzakirə edilib
08 may 2015 15:47 (UTC +04:00)

İqtisad Universitetində tədrisin keyfiyyətinin artırılması məsələləri müzakirə edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) SABAH müəllimləri ilə semestrin yekunlarına dair görüş keçirilib.

ADİU-un mətbuat xidmətinin Lent.az-a verdiyi məlumata görə, rektor Ədalət Muradov və SABAH icra komitəsinin rəhbəri Elçin Ağakişiyevin iştirakı ilə keçirilən görüşdə tələbə biliyinin qiymətləndirilmə meyarlarının optimallaşdırılmasının əhəmiyyətini vurğulayan müəllimlər avropa universitetlərində tətbiq olunan mexanizmlərin tətbiqinin məqsədəuyğunluğunu bildiriblər. Xüsusilə imtahanların təşkilində yeni metodlarından istifadəni mühümlüyü qeyd olunub.

Bundan əlavə, tələbələrin dərsə marağını artırmaq üçün müxtəlif işgüzar komada oyunlar, düşündürücü tapşırıqlar, real biznes keyslərin istifadəsinin artırılmalısı , tədris  planına yeni fənlərin əlavə olunması, yeni çap olunan ədəbiyyatların təşkili, tələbələrin təcrübə məsələləri də müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar