İqtisad Universitetində dekanlar üçün təlim keçirilir
09 iyul 2015 13:58 (UTC +04:00)

İqtisad Universitetində dekanlar üçün təlim keçirilir

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ali təhsil müəssisələrinin dekanları üçün “Tədrisin təşkili” adlı təlim proqramına başlanılıb.

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, UNEC-in rektoru, Ədalət Muradov bildirib ki, təlimin məqsədi universitet tədrisinin dekanlıq səviyyəsində modelini qurmaq, təhsilin keyfiyyətinin artırılmasına xidmət edən kadr potensialının gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün zəmin yaratmaqdır. Təlim proqramı dekanların peşəkarlığının, səriştəlilik səviyyəsinin yüksəldilməsinə, sağlam rəqabətin formalaşmasına müsbət təsir edəcək. Dekanların iş prosesində qarşılaşdıqları problemləri birgə müzakirə etmək imkanı yaranacaq. Problem yaradan məqamları aradan qaldırmaq üçün təkliflər hazırlanıb, Təhsil Nazirliyinə göndəriləcək.

Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev Təhsil naziri Mikayıl Cabbarovun təlimləri müsbət dəyərləndirdiyini bildirib. “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” və onun bazasında hazırlanan “Fəaliyyət Planı”na uyğun olaraq, təhsil sahəsində islahatlar aparılır. Artıq bütün ali təhsil müəssisələrinə maliyyə muxtariyyəti verilib. İndi isə akademik muxtariyyətin verilməsi istiqamətində işlər görülür. Universitetlər bu imkanlardan yararlana bilmək üçün hazırlıqlı olmalıdırlar. Bu baxımdan, ali təhsil müəssisələrinin dekanları üçün “Tədrisin təşkili” təlimlərinin əhəmiyyəti böyükdür.

Sonra Y.Piriyev ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili haqqında təqdimat ilə çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 144
avatar

Oxşar yazılar