ADİU-da 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək
03 iyun 2015 10:24 (UTC +04:00)

ADİU-da 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək

0

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Elmi Şurasının qərarına əsasən, təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, 1-ci kursa daxil olan hər bir tələbəyə universitet hesabına əlavə təqaüd veriləcək.

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2015-2016-cı tədris ilinin ilk semestri müddətinə təyin olunacaq təqaüdün məbləği 100 manat müəyyən edilib.

Eləcədə, universitetdə qəbul edilmiş digər qərara uyğun olaraq, hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək.

Təqaüdlərin təyin edilməsində əsas məqsəd ADİU tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 391

Oxşar yazılar