Abid Şərifov Binəqədidə yanğın baş verən əraziyə gəlib
23 may 2015 11:01 (UTC +04:00)

Abid Şərifov Binəqədidə yanğın baş verən əraziyə gəlib

 

Baş nazirin müavini, Bakıda çoxmərtəbəli binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov yanğın baş verən əraziyə gəlib.

 

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, A. Şərifov əraziyə baxış keçirib, binada aparılan təmir-bərpa işləri ilə tanış olub, lazımi göstərişlər verib.

 

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

 

Yanğınla əlaqədar yaradılan Dövlət Komissiyası binanın bərpa olunması barədə qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 140
avatar

Oxşar yazılar