Leysan, dolu, 36 dərəcə isti...- <span style="color:red;">Sabahın havası
05 iyun 2015 12:42 (UTC +04:00)

Leysan, dolu, 36 dərəcə isti...- Sabahın havası

İyunun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.      

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində şimal küləyi güclənəcək, havanın temperaturu gecə 19-23, gündüz 26-31 dərəcə isti olacaq. 

 

Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək.     

    

 Havanın temperaturu Aran rayonlarında gecə 18-23 , gündüz 31-36 dərəcə, dağlıq rayonlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168

Oxşar yazılar