“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri “Hər ay bir gün” adlı növbəti aksiyasını Şəhidlər xiyabanında həyata keçirib.
Birlikdən Lent.az-a verilən məlumata görə, gənclər Şəhidlər xiyabanında diqqətdən kənarda qalan şəhid məzarları üzərində və ətrafında təmizlik işlərini həyata keçiriblər. Birliyin sədri Sevinc Əzimbəylinin verdiyi məlumata görə, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə milli-mənəvi dəyərlərimizi təbliğ etmək, vətənpərvərlik hisslərini yüksəltməkdir. Laçın rayonunun işğalı günü bu aksiyanın təşkili ölkə gənclərinə vətənpərvərlik çağırışı hesab olunur.