Artıq Unibank müştəriləri öz kreditlərini Azərbaycanın istənilən bölgəsində ödəyə biləcəklər, bunun üçün Bankın filialına gəlməyə ehtiyac yoxdu. “Unibank” KB ASC ilə “Azərpoçt” MMC arasında əldə olunan razılaşmaya əsasən, Unibankın müştəriləri mərkəzi poçtun bütün paytaxt və bölgə şöbələrində kreditlərini ödəyə biləcəklər. Poçt şöbələrində ödəniş üçün 1% komissiya tutulur.
Unibank müştəriləri üçün kredit ödənişini və sifarişini daha da asanlaşdırıb. Artıq filiallara gəlmədən, Milli Ön ödəniş terminallarında da krediti sifarişi və kredit ödənişlərini etmək mümkündür.
Bank öz müştərilərinə bank filiallarına gəlmədən, kredit ödənişlərini onlayn, mobil əlavələrin köməyi ilə və eləcə də bankomatlar və cash-in aparatlarının köməyi ilə həyata keçirmək imkanı yaradıb. Unibank müştəriləri elə evlərindən və ya iş yerlərindən http://www.unibank.az/ saytına daxil olmaqla, onlayn kredit ödənişi və sifarişi sistemindən istifadə edərək, kredit sifariş edə və ya ödəyə bilirlər. Ölkə bankları içərisində “Unibank” ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını Unibankın ATM-də qeydiyyata daxil edərək, Unibankda olan kredit ödənişlərini həyata keçirə bilir. Bu imkan kredit sifarişi üçün də yaradılıb. “İnfoUnibank” mobil əlavəsinə malik iPhone və “Android” platformasında olan smartfon və planşet sahibləri də kredit ödənşini həyata keçirə bilərlər. Unibankın Cash-in aparatlarının köməyi ilə hər kəs növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.