(R) Unibank istiqrazlarının yerləşdirilməsi başa çatıb
31 may 2013 15:29 (UTC +04:00)

(R) Unibank istiqrazlarının yerləşdirilməsi başa çatıb

May ayının 29-da “PAŞA Bank” ASC və “Unicapital” ASC broker şirkətinin vasitəsi ilə Bakı Fond Birjasında (BFB) hər bir istiqrazın nominal dəyəri 1000 manat olan, 5000 ədəd faizli sənədsiz adlı təmin edilməmiş “Unibank” Kommersiya Bankının istiqrazlarının yerləşdirilməsi başa çatdı. Qeyd edək ki, 2013-cü ilin mayın 22-də “Unibank” ASC, ümumi məbləği 5 mln manat olan təmin olunmamış, faizli sənədsiz adlı istiqrazlarının emissiya prospekti dövlət qeydiyyata alınıb. Həmin istiqrazlar buraxılışdan ilk istiqrazının yerləşdirildiyi tarixdən etibarən 5 təqvim ili müddətində tədavüldə olacaq və illik faiz dərəcəsi 14  faiz olmaqla, istiqrazların tədavül müddəti ərzində hər 3 təqvim ayından bir faiz gəlirinin istiqraz sahiblərinə ödəməsini nəzərdə tutur.

Ümumi həcmi 5 milyon AZN olan «Unibank» ASC-nin istiqrazlarının buraxılışının anderrayteri “Unicapital” ASC vasitəsi ilə “PAŞA Bank” ASC –di. Yerləşdirmənin marketmeykeri rolunda “PAŞA Kapital” MMC-nin vasitəçiliyi ilə “PAŞA Bank” ASC çıxış edir. “PAŞA Bank” ASC gündəlik əsasda həmin istiqrazlar  üzrə kotirovkaları təqdim edib onlar üzrə likvidliyi təmin edir ki, bu da istiqrazların potensial investorlar üçün cəlbediciliyini daha da artırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458
avatar

Oxşar yazılar