(R) Unibakda  pul köçürmələrinin həcmi artıb
11 iyul 2013 13:15 (UTC +04:00)

(R) Unibakda pul köçürmələrinin həcmi artıb

Son bir ildə Unibankda pul köçürmələrinin həcmi 38%-dən çox artıb.  Ümumilikdə,  Bankın filialları vasitəsilə həm ölkə daxilinə, həm də ölkə xaricinə təcili pul köçürmələrinin həcmində 33 milyon manatdan çox artım olub. Son 1 il ərzində Unibankda ən çox pul köşürmələri  “Zolotaya Korona”, “Contact”  və  “Western Union” təcili pulköşürmə xidmətləri  vasitəsilə aparılıb. 

Dünyanın ən məhşur və etibarlı pul köçürmə sistemlərinə qoşulan Unibank, 11 pulköçürmə sistemi ivasitəsilə müştərilərinə xidmət göstərməkdədir. Bank hazırda dünyanın 189 ölkəsində 150 min məntəqəsi fəaliyyət göstərən  “Western Union”la yanaşı, geniş xidmət şəbəkəsinə malik “Contact, "Faster" , "Xpress Money", "Migom", “LİDER”, “Zolotaya korona”, "BLİZKO", “Coinstar”, “ PrivatMoney”  təcili pul köçürmə sistemləri üzrə də xidmət göstərir. Ötən il isə yerli “Monex” təcili pul köçürmə sisteminə qoşulmaqla, Unibank ölkədaxili pul köçürmələrini müştəriləri üçün daha rahat etdi.

 

Beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlığını ildən-ilə genişləndirən Unibank, pul köçürmə xidmətlərini genişləndirmək üzrə ölkə maliyyə qurumları sırasında ilk yerlərdədir. Bankın yeni və əvvəlki tərəfdaşı olan sistemlər dünyanın 190 ölkəsindən çoxunda fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan hər biri pul köçürmələrini tez, rahat və etibarlı şəkildə, istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq 0,2%-dən başlayan tariflərlə həyata keçirməyə imkan verir.

 

Unibankın məhsul və xidmətləri haqda  daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud  Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

 

Unibank – hər kəsin bankı!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522
avatar

Oxşar yazılar