(R) Sərfəli qiymətlərlə sərfəli planşetlər
18 iyul 2013 11:10 (UTC +04:00)

(R) Sərfəli qiymətlərlə sərfəli planşetlər

 

IntegralPlus pərakəndə şəbəkəsi ən münasib qiymətlərlə kompüter planşetlərini təklif edir. “IntegralPlus” mağazalar şəbəkəsi Samsung nişanının planşet kompüterlərinə yeni, sərfəli qiymətlərin tətbiq edilməsini bəyan edir. Artıq P5100 Galaxy Tab 2 modelinin qiyməti – 299 AZN, P3100 Galaxy Tab 2 modelinin qiyməti - 199 AZN təşkil edir. Samsung planşetləri kompüter və telefonların ən mükəmməl xüsusiyyətlərini özündə birləşdirir.  Kompakt ölçülərinə baxmayaraq bu qurğularda komfortlu iş və əyləncə üçün tamdəyərli imkanlar var. Zərif və incə görkəmli Samsung Galaxy Tab 2 P5100 planşet kompüteri ölçüsünə rəğmən zəngin resursları ilə öyünə bilər. Uzun müddət avtonom rejimdə işləyə bilən P5100 Google Android 4.0 platforması üzərində işlənib hazırlanıb. Planşet işgüzar fəaliyyət və əyləncə üçün istifadəçiyə geniş imkanlar yaradır: Wi-Fi, Bluetooth, 3G, telefon bağlantısı, SMS və s. Samsung Galaxy Tab 2 P5100 uyğun qiymət və təchizat nisbətini axtaranların tam zövqünə oxşayacaq.  Yığcam, eyni zamanda, funksional Samsung P3100 Galaxy Tab 2 planşet kompüteri sahibləri üçün əsl əyləncə mərkəzinə çevriləcək.  Sevimli oyunlar, filmlər, kitablar, musiqi və internet artıq daim sizinlə olacaq. Eyni zamanda, planşet Wi-Fi, Bluetooth, 3G və s. təchiz olunub. Bu model – funksionallıq və  əlverişliliyə üstünlük verənlərin şüurlu seçimidir. Yeni, sərfəli qiymətli Samsung P5100 Galaxy Tab 2 (299 AZN)  və Samsung P3100 Galaxy Tab 2  (199 AZN) planşetlərini artıq  “İntegralPlus” pərakəndə şəbəkəsinin bütün satış məntəqələrində əldə etmək mümkündü. Samsung mobil telefonlarının Azərbaycanda rəsmi distribyutoru  “İntegral” şirkətinə məxsus “İntegralPlus” mağazalar şəbəkəsində müştərilərə hər zaman geniş seçim, əlverişli qiymətlər və yüksək ixtisaslı mütəxəssislərin xidməti təqdim olunur.

 

Qeyd edək ki, mobil telefonlar, televizorlar, kompüterlər, printerlər, soyuducular və s. daxil olmaqla, öz məhsul xəttini  müasir innovasiya üsulları ilə daim inkişaf etdirən  Samsung - istehlak elektronikası və elektron komponentlər bazarının qlobal lideridir.

 

Əlavə məlumat üçün əlaqə nomrəsi *9494.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1856
avatar

Oxşar yazılar