Yayın parlaq günəşi ilə Hyundai-ın “Parlaq yaşa” konsepsiyası eyni zamanda çıxdı. Parlaq reklam çarxlarının ardınca Hyundai beynəlxalq müsabiqəyə start verdi: «Parlaq mahnı”.
İstedadını nümayiş etdirmək istəyənlər dünyanın hansı ölkəsində olmalarından asılı olmayaraq, bu müsabiqədə iştirak edə bilərlər. Sadəcə,http://brilliant.hyundai.com/ saytında qeydiyyatdan keçib, burada yerləşdirilmiş musiqi parçalarına öz mahnı sözlərini yazıb göndərməlidirlər. Hədiyyələr - Bang&Olufsen-dən BeoSound 8, Beats In-Ear Tour – qulaqcıqları, Ipod Nano və smartfon üçün kompakt dinamik nəzərdə tutulsa da, Hyundai hesab edir ki, beynəlxalq miqyasda minlərlə insanın içərisindən seçilmək duyğusu müsabiqənin verdiyi ən yüksək hədiyyədir.
Saytda mahnı müsabiqəsindən başqa, parlaq ideya müsabiqəsi də davam edir. İştirakçıdan böyük səy tələb etməyən bu müsabiqə isə sadəcə şansa bağlıdır. Hyundai-ın yerləşdirdiyi video və ya fotoillüstrasiya ideyalarına səs verənlərdən 2 nəfər qalib olacaq. Əsas şərt – video və ya fotonun çox səs toplayaraq qalib gəlməsidir. Hədiyyə isə jürinin seçdiyi səs sahibinə çatacaq.
Hər iki müsabiqə iyulun 28-dək davam edəcək. Parlaq şəxsiyyət olduğunu dünyaya göstərməyə tələs!