(R) "İnfiniti" Yaxın Şərqdə mövqeyini qorumaqdadır
18 may 2015 16:42 (UTC +04:00)

(R) "İnfiniti" Yaxın Şərqdə mövqeyini qorumaqdadır

 

Davamlı şəkildə öz uğurlarını artırar İnfiniti brendi 2015-ci ilin birinci rübünün sonuna olan nəticələrə görə Yaxın Şərq bazarında 23.9%-lik artım əldə edib. Bununla da Infiniti satışlarının müstəsna üstünlüyünü və brendin regionda ən sürətlə inkişaf edən premium avtomobil brendi mövqeyini qoruyub.


“Biz 2015-ci ilin 1-ci rübündə mövqelərimizi artırmaqla 23.9% kimi əla nəticə əldə etmişik ki, bu da bazarda mövcud olan tempdən 4 dəfə çoxdur,” deyə İnfinitinin Yaxın Şərq üzrə İcraçı Direktoru Juergen Schmitz bildirib.
 

 

 

Bu yaxınlarda açıqlanmış Qlobal Effie İndeksi də İnfiniti-yə Yaxın Şərqdə üç siyahıda 10 bal və regionda ən çox mükafatı olan avtomobil brendi adını qazandıran bir qalibiyyət balı verib.

 
Effie Mükafatları hər il EffieWorldwide, Inc. şirkəti tərəfindən ən effektiv marketinq kommunikasiyaları ideyalarını dəyərləndirmək üçün hər il verilən marketinq mükafatıdır.
“Keçən il dünyada ilk olan bir sıra texnologiyaya sahib sedan – tam yeni Infiniti Q50, əfsanəvi QX70S Elite Sport-un xüsusi buraxılışı və tam ölçülü SUV - QX80-nin ən son versiyası təqdim edilmişdir.Həmçinin Səudiyyə Ərəbistanında (Ciddə, Riyad və Al Xobar) üç yeni satış mərkəzini, eləcə də Livanda (Beyrut) bir satış mərkəzi açmışıq,” deyə Schmitz əlavə edib.
 

 

Tam yeni Q50 Yaxın Şərqdə çox böyük uğur əldə edib. Dünyanın iki qabaqcıl texnologiyası–Infiniti Direct Adaptive Steering™ texnologiyası və Active Lane Control™ ilə təchiz edilmiş bu avtomobillər artıq müştərilərin ixtiyarındadır.
 

Infiniti-nin geniş SUV cərgəsi Yaxın Şərqdə brendin uğurunu davam etdirmişdir. 
QX60 modeli 68% artımla xüsusi uğurlu bir mövqe əldə etmişdir. QX50 2015-ci ildə regional uğurunu yüksəltmiş və 61% artıma nail olmuşdur. 
Infiniti-nin tam ölçülü QX80 SUV avtomobili də brendin uğurunu əhəmiyyətli dərəcədə artırmışdır.
 

Schmitz bildirib ki, İnfiniti şirkəti öz model cərgəsini, eləcə də mühərrik qammasını genişləndirməyi hədəfləyir, bu isə fərqli üstünlük axtarışında olan müştərilərin sayını daha da artırmağa kömək edəcək. O, həmçinin qeyd etmişdir ki, davam edən uğurlar həm regional, həm də dünya səviyyəsində güclü strategiyanın göstəricisidir və şirkət güclü platformanı daha da möhkəmləndirməyə və ilin uğurlarını qorumağa davam edəcək.
 

Qlobal səviyyədə İnfiniti 2015-ci ilin birinci rübündə dünyada 52 000-dən çox satışla daha bir rekord rübünə imza atmışdır. Bu, ildən ilə 12%-lik artımın davamı olaraq İnfiniti-nin satış tarixində ən yaxşı rüb olmuşdur. Şirkətin bütün dörd coğrafi regionu müsbət artıma nail olmuşdur. İnfinitinin ən böyük bazarı olan ABŞ-da satış 2014-cü ilin 1-ci rübü ilə müqayisədə 8% artmışdır. Brendin ən böyük artan bazarı olan Çində təxminən isə keçən ilin eyni dövrü ilə müqayisədə 28% artım olmuşdur. 
EMEA (Avropa, Yaxın Şərq və Afrika),Asiya və Okeaniya regionlarında birinci rübün satışları 18% və 31% artmışdır.Yüksək rəqabətli Qərbi Avropa bazarında İnfiniti satışlarını iki dəfə artırmışdır. Bu isə 92% artım deməkdir və regionun yeni rekordudur. Meksika, Cənubi Afrika və Avstraliya kimi digər regionlar da həmin rübdə rekord satışlar həyata keçirmişdirlər. 
 

INFINITI avtomobillərinin Azərbaycanda rəsmi distribütoru Nurgün Motors şirkətidir. 
 

Əlavə məlumat üçün ünvan və telefonlar:
 

Ünvanlar: Bakı şəhəri, Babək pr-ti, 31
Tel.: (+99412) 448 17 65
Telefon Mərkəzi 012 934 
E-mail: [email protected]
Web: www.infiniti-azerbaijan.com

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177
avatar

Oxşar yazılar