(R) “Nar Mobile” “Microsoft Azerbaijan”la “Imagine Cup” müsabiqəsinə start verdi 
06 fevral 2015 14:26 (UTC +04:00)

(R) “Nar Mobile” “Microsoft Azerbaijan”la “Imagine Cup” müsabiqəsinə start verdi 

 

Yenilik və innovativ dəyişikliklərə hər zaman dəstək verən “Nar Mobile” daha bir layihəyə start verdi. Belə ki, Azərbaycan Respublikası Təhsil nazirliyi, Yüksək texnologiyalar parkı, “Microsoft Azerbaijan” şirkəti və “Nar Mobile” innovasiya yarışması olan “Microsoft Imagine Cup” müsabiqəsinin milli təsnifat mərhələsinə start verildiyini elan etdilər.

 

“Microsoft Imagine Cup” dünyada tələbələr arasında keçirilən ər iri müsabiqələrdən biridir. Azərbaycanda ilk dəfə keçiriləcək müsabiqənin milli təsnifat mərhələsi 23 aprel 2015-ci ilədək davam edəcək. Müxtəlif təhsil müəssisələrindən olan tələbələrin iştirakı ilə keçirilən müsabiqə “Oyunlar”, “İnnovasiyalar” və “Dünya vətəndaşlığı” kateqoriyalarından ibarət üç istiqamət üzrə təşkil edilib. 16 yaşı tamam olmuş tələbələr 4 nəfərdən ibarət komandalarda təmsil olunurlar.

 

Milli təsnifat mərhələsinin hər bir kateqoriya üzrə olan qalibləri cari ilin may ayında onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Yarımfinal mərhələsində də uğur qazanmış iştirakçılar isə bu ilin iyul ayında ABŞ-ın Sietl şəhərində təşkil ediləcək sonuncu – final mərhələsində Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər. “Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri $50,000, $10,000 və $5,000 dəyərində pul mükafatına layiq görüləcəklər.

 

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün orijinal bir oyun düşünərək “Microsoft Windows” oyun platformlarında tətbiq etmək, innovativ proqram layihəsi təqdim etmək və yaxud “Microsoft” texnologiyaları bazası üçün çağdaş dövrün çətin problemlərini çözə bilən əlavə prototipi tərtib etmək lazımdır. Müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrə innovativ düşüncə qabiliyyətinin aşılanması və yerli istedadların üzə çıxarılmasıdır. İntellekt və zəkanın ön plana çıxdığı bu kimi intellektual müsabiqələrə dəstək verilməsi elm və təhsilə, tərəqqi və innovasiyalara hər zaman xüsusi önəm verən “Nar Mobile”-ın prioritetidir. 

 

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru “Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflər təqdim etmiş və onların rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun fərqliliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.  “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının  rəsmi mobil rabitə təminatçısıdır.

 

# 148
avatar

Oxşar yazılar

Çaylarda suyun səviyyəsi izlənilir

Çaylarda suyun səviyyəsi izlənilir

26 may 2024 , 17:29
İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

26 may 2024 , 17:00
Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

26 may 2024 , 15:46
Üç bürc üçün  pul çay kimi   axacaq – Bu gündən

Üç bürc üçün pul çay kimi axacaq – Bu gündən

26 may 2024 , 14:33
II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

26 may 2024 , 14:30
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00
Əfv olunan qadınlar azadlığa buraxıldı

Əfv olunan qadınlar azadlığa buraxıldı

26 may 2024 , 10:35
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17