"Qızıl Aypara"-dan minaya düşən mülki şəxsə dəstək
14 aprel 2016 23:30 (UTC +04:00)

"Qızıl Aypara"-dan minaya düşən mülki şəxsə dəstək

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) nümayəndələri aprelin 9-da Qazax rayonunda minaya düşərək ayağını itirmiş mülki şəxs Abbasov Kamal Elman oğluna baş çəkiblər. AzQAC-dan APA-ya daxil olan məlumatda bildirilir ki, AzQAC-nın Qazax rayon bölməsi özünün missiyasına uyğun olaraq, xəstəyə baş çəkib, ona maddi və mənəvi dayaq olub.

 

Məlumatda bildirilir ki, AzQAC ilə ANAMA arasında bağlanmış Anlaşma Memorandumuna əsasən, ANAMA-nın tərtib etdiyi İMİSMA blanklarını doldurularaq AzQAC-nə göndərilib.

 

Xatırladaq ki, Qazax rayonunun Xanlıqlar kənd sakini 1991-ci il təvəllüdlü Abbasov Kamal Elman oğlu bu ilin aprelin 9-da kəndin ” Gözəl dərə” adlanan ərazisində yabanı bitki yığarkən, ermənilər tərəfindən basdırılmış piyadalar əleyhinə minaya düşüb. Hərbiçilərin köməyi ilə o Qazax şəhər Diaqnostika mərkəzinə çatdırılıb. Minadan zərər çəkənin sol ayağı dizdən aşağı hissəsindən amputasiya olunub.

 

Qeyd edək ki, həmin ərazidə son 2 il ərzində Xanlıqlar kənd sakinlərindən 3 nəfər minaya düşüb, onlardan ikisi ölüb,  biri isə ayağını itirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar