Qənirə Paşayeva şəhid ailələri, müharibə əlilləri və veteranlarla görüşüb
30 oktyabr 2015 10:46 (UTC +04:00)

Qənirə Paşayeva şəhid ailələri, müharibə əlilləri və veteranlarla görüşüb

Millət vəkili Qənirə Paşayeva  105 saylı seçki dairəsinə daxil olan kəndlərdə şəhid ailələri və müharibə əlilləri, müharibə veteranları ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb. Lent.az-ın məlumatına görə, Q.Paşayeva deyib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan insanlarımızın ailələri, müharibə əlillərimiz və qazilərimiz bizim üçün çox dəyərlidir. Deputat prezidentin rəhbərliyi altında onlara göstərilən qayğı və diqqətdən danışmaqla bərabər, özü də  bir millət vəkili olaraq hər zaman onlara diqqətlə və hassaslıqla yanaşdığını deyib.

 

Görüş zamanı şəhid ailələri, müharibə əlillləri və qazilər Qənirə Paşayevanın hər zaman Milli Məclisdə şəhid ailələri, müharibə əlil və veteranlarını  narahat edən məsələləri mütəmadi qaldırması, müvafiq qurumlarla müzakirə aparmasını unutmadıqlarını deyərək bildiriblər ki, o, bu 10 il ərzində onların bir ailə üzvü kimi hər zaman yanlarında olub və əlindən gələn dəstəyi əsirgəməyib. “Bizim millət vəkilimiz sizsiniz və hər zaman yanınızdayıq”, deyən şəhid ailələri, müharibə əlilləri və veteranlar millət vəkili Qənirə Paşayeva ilə onları üçün çox vacib olan bir sıra məsələləri də müzakirə edərək onları Milli Məclisdə qaldırmasını və hökumət qurumlarının təkrar diqqətinə çatdırmasını xahiş ediblər.

 

Millət vəkili “özəlliklə 1-ci qrup əlillərə baxan şəxslərə  sosial müavinətlərin verilməsi və Qarabağ müharibəsi əlil və veteranlarının tibbi sığortası məsələsini bir neçə dəfə Milli Məclisdə qaldırdığını”, - deyərək bundan sonra da hər zaman bu kimi məsələləri və ailələrin təkliflərini diqqətdə saxlayacağını bildirib.  Şəhid ailələri, müharibə əlilləri və qazilər Ali Baş Komandanın yanında olduqlarını və hər zaman onun ətrafında sıx birləşdiklərini deyərək Qənirə Paşayevaya uğurlar diləyiblər.

 

Görüş zamanı Qarabağ münaqişəsi ətrafında indiki vəziyyətlə bağlı da söhbət olub və millət vəkili sakinlərin suallarını da cavablandırıb. Q. Paşayeva həmçinin 3  kəndin sakinlərini  də qəbul edib, qayğı və problemlərini dinləyib və müvafiq qurumlarla müzakirə aparıb. Özəlliklə gənc sakinlər millət vəkilindən onlara iş tapılmasında köməklik göstərilməsini xahiş ediblər. Ali və peşə təhsili olan bir sıra gənclərlə bağlı bəzi qurumlara müraciət edən millət vəkili Qənirə Paşayeva heç bir peşə sahibi olmayan gənclərin müəyyən sənətləri öyrənməsinin vacibliyini deyib və onlara məsləhət və tövsiyələrini verib.

 

Qənirə Paşayeva ilə görüş zamanı ona müraciət edənlər arasında müxtəlif xəstəliklərdən əziyyət çəkən və əməliyyata ehtiyacı olan xəstələr üstünlük təşkil edib. O, həmin xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.  Millət vəkili Qənirə Paşayeva ona müraciət edən fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial  Müdafiəsi  Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz  həllini tapması üçün müzakirələr aparıb, onların bəzilərinin müalicə almaları üçün Əlillərin Bərpa Mərkəzinə yerləşdirilməsini xahiş edib. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub və millət vəkili Qənirə Paşayeva bununla bağlı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə apararaq  qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib. Sosial yardımla bağlı müraciətlər zamanı insanların ən çox şikayəti kiçik bir məbləğ də olsa krediti olan insanlara sosial yardımın dayandırılmasıdır. Ailələr bildiriblər ki, çox ciddi problemlərini həll edə bilmədikləri zamanı evlərini məcburi girov qoyaraq kiçik həcmli kreditlər alırlar ki, həmin dəqiqə də sosial yardımları kəsilir. Sakinlər millət vəkilindən bu məsələni MM-də və Hökumət üzvləri ilə görüşlərdə qaldırmasını xahiş ediblər. Bu məsələni bir neçə dəfə müvafiq dövlət qurumu ilə müzakirə etdiyini deyən Qənirə Paşayeva sakinlərin təkliflərini yenidən onların diqqətinə çatdıracağını deyib.

 

Alimenti ala bilməyən qadınların müraciətlərini də dinləyən millət vəkili Qənirə Paşayeva bu məsələ ilə qanunvericilikdə anaların hüquqlarının daha sərt qorunması ilə bağlı addımlar atıldığını, amma təəssüf ki, hələ də bu istiqamətdə müraciətlərin sayının azalmadığını vurğulayıb. Q. Paşayeva  bununla bağlı müvafiq qurumlarla ciddi müzakirələr aparıb və övladları ilə çətin vəziyyətdə qalmış anaların hüquqlarının müdafiəsi istiqamətində səylərimizi daha da artırmalıyıq deyib. Bir sıra 1 qrup əlillərini və ailə üzvlərini dinləyən millət vəkili onların 1-ci qrup əlillərə baxan şəxslərə müavinət verilməsi ilə bağlı məsələni MM-də bir neçə dəfə səsləndirdiyini və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ilə müzakirə etdiyini deyərək bu məsələnin həmin ailələr üçün nə qədər önəmli olduğunu bildiyini deyərək təkrar müvafiq qurumlara çatdıracağını deyib. O, həmçinin 1-ci qrup əlillərin övladlarının ödənişli ali təhsildən azad edilməsi ilə bağlı ailələrin təkliflərini MM-də səsləndirdiyini və hökumət üzvləri ilə müzakirə etdiyin deyərək bir daha bu məsələni onların diqqətinə çatdıracağına 1-ci qrup əlil və onların ailələrinə söz verib.

 

Millət vəkili Qənirə Paşayeva banklarla bağlı problemləri olan bir sıra  insanları da dinləyib və müvafiq qurumlara problemlərlə bağlı müraciət edib. Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Qənirə Paşayeva “Azəriqaz” İstehsalat Birliyinin sədri Əkbər  Hacıyev və qurumun rayondakı nümayəndələri ilə əlaqə saxlayaraq dəstək göstərilməsi ilə bağlı  müraciət edib. Bundan başqa  təhsil, elektrik və su təminatı  sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili Qənirə Paşayeva onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb.

 

Q. Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. O, son illərdə prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə də məlumat verərək, ölkəmiz daha da inkişaf edib, imkanları artdıqca həllini gözləyən bir sıra digər problemlərin də öz həllini tapacağını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223
avatar

Oxşar yazılar