Prezident İlham Əliyev “Prokurorluq haqqında” qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə dəyişiklərə əsasən, qanunun 33-cü maddəsinin yeddinci hissəsində “pozduğuna” sözündən sonra “, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinə əməl etmədiyinə” sözləri əlavə edilib.