Prezident İlham Əliyev Xəyyam Hadı oğlu Mirzəzadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycan musiqisinin təbliğində və musiqiçi kadrların hazırlanmasında xidmətlərinə görə, X.H.Mirzəzadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.