Ölkə üzrə 604 uşaq ailəsinə geri qaytarılıb - <span style="color:red;">NAZİRLİK
06 iyul 2016 13:42 (UTC +04:00)

Ölkə üzrə 604 uşaq ailəsinə geri qaytarılıb - NAZİRLİK

Ölkə üzrə ümumilikdə 604 nəfər uşağın, 2015-ci ildə isə 12 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb.

 

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2015-ci ildə görülmüş işlərə dair illik hesabatında bildirilib ki, bütün bunlar uşaqlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə yerlərdə uşaqlar və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin həllinə kompleks yanaşma ilə onların operativ aradan qaldırılması, uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsinin nəticəsidir.

 

Bu istiqamətdə uşaqların ailələrinin himayəsinə qaytarılması ilə bağlı onların ailələrinin və ya qohumlarının yaşadığı rayonlara səfərlər edilərək Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclasında bu uşaqların ailələrinə qaytarılması məsələlərinə baxılıb. Görülən işlər nəticəsində 2015-ci ildə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 37 nəfər uşaq Rayon və Şəhər İcra Hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206
avatar

Fərizə Əhmədova

Oxşar yazılar