"İnşaatçılar" stansiyasının II vestibülü  bağlanacaq
16 yanvar 2016 13:05 (UTC +04:00)

"İnşaatçılar" stansiyasının II vestibülü bağlanacaq

“İnşaatçılar” stansiyasının II vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator 30 illik istismar müddətini başa vurduğu üçün dəyişdirilir. “Bakı Metropoliteni” QSC-dən Lent.az-a verilən məlumata görə, bunun üçün stansiyanın II vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır.

 

Bütün bunları nəzərə alaraq “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “İnşaatçılar” stansiyasının II vestibülü (“20 yanvar” stansiyası tərəf) yanvarın 18-i, saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. I vestibül (ATS tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

 

Qeyd edək ki, II-ci vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni sakinlər, keçiddən istifadə etməklə Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.

 

“Bakı Metropoliteni” QSC yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar