Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 17-də ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin imtahanda iştirak edəcək abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb.
Abituriyentlər buraxılış vərəqini çap etmək üçün https://eservices.tqdk.gov.az/brxvbak/?frm=egov linkinə daxil olmalıdırlar.