6 müəssisənin əməkdaşları könüllü İİV testindən keçiblər
25 avqust 2015 17:16 (UTC +04:00)

6 müəssisənin əməkdaşları könüllü İİV testindən keçiblər

 

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin elan etdiyi  "İİV-ə testləşmə milli həftəsi” çərçivəsində könüllü müayinələr davam etdirilir.

QİÇS-lə Mübarizə Mərkəzindən Lent.az-a verilən məlumata görə, bu günə kimi "İİV-ə testləşmə milli həftəsi” çərçivəsində "Təmiz Şəhər” ASC-nin müəsisələrində , "Safe Life" MMC şirkətində, "Metropark» ticarət və əyləncə mərkəzində, Delta Group  şirkətinin müəsisələrində , Azərkimya Neft Şirkəti, Bakı Tikiş Evində ekspress-test üsulu ilə könüllü müayinələr aparılıb. 

Həmin müəssislərin işçiləri könüllü müayinə edilib, onlara İİV infeksiyası və ondan qorunma üsulları barədə məsləhətlər verilib, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə broşur, bukletlər və qoruyucular  paylanılıb.

Aksiyanın məqsədi İİV infeksiyasına yoluxma hallarının aşkar edilməsi, virusa yoluxma yolları haqqında, bu təhlükədən qorunmaqla bağlı maariflənmə işinin aparılmasıdır.


QİÇS - lə Mübarizə Mərkəzindən verilən digər məlumata əsasən, Azərbaycan vətəndaşında İİV infeksiyası (İnsanın İmmunçatışmazlığı Virusu) ilk dəfə 1992-ci ildə aşkar edilib. 1992-ci ildən 2015-ci ilin ilk 6 ayının sonuna  qədər ölkə ərazisində 5063 yoluxma qeydə alınıb. Bunlardan 1291-i Bakı və Abşeron yarımadası, 3260 nəfəri digər bölgələrdə qeydiyyatda olan şəxslərdir.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi müəssisə və təşkilatlardan daxil olan müraciətləri nəzərə alaraq cari ilin 3-10 avqust tarixlərində keçirdiyi “İİV-ə testləşmə milli həftəsi”nin müddətini uzadılaraq  avqust ayının sonuna qədər davam etdirilməsinə qərar verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211

Oxşar yazılar