"Hemofiliyalı qadınların 1/10-i Azərbaycanda qeydiyyatdadır"
17 aprel 2017 13:45 (UTC +04:00)

"Hemofiliyalı qadınların 1/10-i Azərbaycanda qeydiyyatdadır"

Əgər dünyada 60 qadın hemofiliyalı xəstə varsa, onların 6-sı Azərbaycanda qeydiyyatdadır. Bu da ölkəmizdə qohumların nikahının çox yayılması ilə əlaqədardır”.

 

APA-nın xəbərinə görə, bunu Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova deyib.

 

Hemofiliyanın ağır irsi qan azlığı xəstəliyinin olduğunu söyləyən E. Qədimova bildirib ki, hemofiliyalı xəstələr əsasən oğlan uşaqları olur: “Analar bu xəstəliyi uşaqlarına ötürür. Amma elə bir genetik variantlar var ki, qız uşaqları da hemofiliyalı xəstə ola bilər. Hər il Azərbaycanda 50-60 hemofiliyalı xəstə qeydiyyata götürülür. Onların təxminən 25%-ə yaxınını 1-15 yaşlı uşaqlar təşkil edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

APA Baycan

Oxşar yazılar