"Günəşli"də ölən 13 neftçinin ailəsinə sığorta ödənilib
23 iyun 2016 10:08 (UTC +04:00)

"Günəşli"də ölən 13 neftçinin ailəsinə sığorta ödənilib

0

 

"Günəşli" yatağındakı qəza nəticəsində həlak olan neftçilərin ailə üzvlərinə sığorta ödənişlərinin verilməsinə başlanıb.

 

"APA-Economics" xəbər verir ki, bu barədə "Paşa Həyat Sığorta" şirkətinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.

 

Sədr qeyd edib ki, qəza nəticəsində həlak olan neftçilərlə bağlı təqdim olunmuş sənədlər üzrə onların ailə üzvlərinə sığorta ödənişləri verilib: "Sığorta məbləğləri müxtəlifdir. Təxminən 12-13 neftçi ilə bağlı sənədlər təqdim olunub və sığorta ödənişi tam həyata keçirilib. Bu istiqamətdə işlərimiz davam etdirilir".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar