Bu gün 28 May NQÇİ-nin "Günəşli" yatağının 10-cu platforma baş vermiş faciədən 40 gün ötür. Lent.az-ın məlumatına görə, yanğın güclü tufan saat 17:40 radələrində yatağın 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olmuşdu. Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub, onlardan 29 nəfər itkin düşmüşdü. İtkin düşənlərin 10 neftçinin meyiti tapılıb ailəsinə təhvil verilsə də, 19 neftçidən hələ də xəbər yoxdu.
Qeyd edək ki, hadisə ötən ilin dekabrın 4-də baş verib. Elə həmin gün saat 12:30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov da itkin düşüb.
Hər iki NQÇİ-nin 22 neftçisinin meyitinin axtarışları günü bu gün də davam etdirilir.