İyulun 15-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və FHN işçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında atıcılıq üzrə çempionat keçirilib. FHN-dən Lent.az-a verilən məlumata görə, nazirliyin Akademiyasında baş tutan yarışa hər birində iki iştirakçı olan 15 komanda qatılıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 10 metr məsafəyə pnevmatik tapançadan 10 məqbul atış olub. Yarışın baş hakimi Elçin Əhmədov olub, atış xəttinə isə hakim Bəhruz Ağayev nəzarət edib.
Komanda hesabında birinci yeri Dövlət Sularda Xilasetmə Xidməti (DSXX), ikinci yeri FHN-in Aparatı, üçüncü yeri isə Dövlət Yanğından Mühafizə Xidməti qazanıb.
Şəxsi hesabda birinci yerə Səlim Orucov (XRXX), ikinci yerə Əhməd Hətəmov (FHN Akademiya), üçüncü yerə Rauf Məmmədov (Bakı RM) layiq görülüb.
Sonda İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalibləri təbrik edib, onlara kubok, medal və diplomlar təqdim edib.