Nazir: “Dərsliklərin hazırlanmasında köklü dəyişiklərə ehtiyac var”
12 iyun 2014 12:05 (UTC +04:00)

Nazir: “Dərsliklərin hazırlanmasında köklü dəyişiklərə ehtiyac var”

0

“Dərsliklərin hazırlanmasında köklü dəyişiklərə ehtiyac duyulur”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, hazırda hər hansı bır dərsliyin hazırlanması üçün keçirilən tenderə müraciət edən iddiaçı müəlliflərdən birinin layihəsi keyfiyyət qane edilməsə belə, qəbul edilməlidir: “Məsələn, VII sinif üçün “İngilis dili” dərsliyi hazırlanır. Müəlliflik iddiasında olan hər kəs öz dərsliyini təqdim edə bilər. Əgər bunun üçün 3 müəllif qrupu müxtəlif dərsliyi təqdim edibsə, biz onlardan birini seçmək məcburiyyətindəyik. Hətta onlardan heç birinin dərsliyi bizim tələblərimizə cavab verməsə və gözləntilərimizi doğrultmasa belə, 3 dərslikdən birini seçməliyik. Seçmədiyimiz təqdirdə sentyabrın 15-də “İngilis dili” dərsliyi olmayacaq”.

 

M. Cabbarov əlavə edib ki, artıq bu sistem optimallaşdırmalı və təkmilləşdirilməlidir. Dərsliyin keyfiyyətinin yuxarı həddi yalnız tender prosesində iştirak edən müəlliflər tərəfindən məhdudlaşmamalıdır: “Bir sıra fənlər üzrə dərsliyin hazırlanması ilə bağlı cəmi 1 və ya 2 təklif alırıq. Ona görə də hər zaman dərslik müəlliflərinin sayının artırılması və keyfiyyətə yönəlmiş işlərdən danışırıq”.

 

Nazir onu da qeyd edib ki, yaxın müddətdə - yeni tədris ili başlamazdan öncə növbəti illər üçün dərsliklərlə bağlı qəbul ediləcək qərarlar barədə ictimaiyyət məlumatlandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 789

Oxşar yazılar