Türkiyədə kişi yeznəsini və bacısını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursanın Bəyazid məhəlləsində baş verib.
Niyazi K. marketdən çıxan 40 yaşlı yeznəsi Hidayət Dəmirqıran və eyni yaşda olan bacısı Yağmur Dəmirqıranı güllələyib. Hadisə yerinə gələn həkimlər ər-arvadın öldüyünü müəyyən ediblər.
Hadisədən sonra qaçan Niyazi polis əməkdaşları tərəfindən saxlanılıb. O, ifadəsində arvadı ilə yeznəsi arasında münasibət olmasından şübhələndiyini dilə gətirib.
Araşdırma aparılır.
_1780730947.jpg)