Daşkəsəndə at çapan kişini  ildırım vurdu
06 iyun 2026 18:01 (UTC +04:00)

Daşkəsəndə at çapan kişini ildırım vurdu

0

Daşkəsəndə kişini ildırım vurub.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.

Kəlbəcər rayon sakini 30 yaşlı B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və heyvanları ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar