PUA hücumu nəticəsində 4 azərbaycanlı  həlak olub - XİN AÇIQLADI
06 iyun 2026 18:43 (UTC +04:00)

PUA hücumu nəticəsində 4 azərbaycanlı həlak olub - XİN AÇIQLADI

1

İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində “Natra” və “Zirkon” yük gəmilərində həlak olmuş və yaralanmış Azərbaycan Respublikası vətəndaşlarının sayı və kimlikləri dəqiqləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Qeyd olunub ki, yenilənmiş məlumata əsasən, ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olduğu bildirilir. İlkin olaraq vəfat etdiyi elan olunmuş digər bir şəxsin isə Azərbaycan vətəndaşı və Azərbaycan əsilli deyil, Rusiya vətəndaşı olduğu müəyyənləşib:

"Həlak olmuş vətəndaşlarımız 50 yaşlı Rəcəb Əhədov və 29 yaşlı Məhəmməd Əliyevin cəsədləri aşkarlanıb və cənazələrin ölkəmizə göndərilməsi istiqamətində tədbirlər görülür. Qeyd edək ki, həlak olduğu bildirilən digər iki vətəndaşımızın heyətində olduqları “Zirkon” gəmisi partlayış təhlükəsi olduğuna görə vurulduğu yerdə saxlanılıb. Rusiyanın xilasedici qrupları tərəfindən gəminin limana gətirilməsi üçün təhlükəsizlik tədbirləri görülür. Yalnız axtarış tədbirləri yekunlaşandan sonra iki vətəndaşın aqibəti barədə dəqiq məlumatın verilməsi mümkündür.

Yeysk şəhər xəstəxanasına yerləşdirilmiş yaralılar 28 yaşlı Samid İbadzadə və Rəşad Mədətxanov artıq xəstəxanadan çıxarılıb. 24 yaşlı Emin Valehov və 27 yaşlı Namiq Cəfərlinin də vəziyyətləri yaxşıdır və onlar müalicələrini tamamladıqdan sonra xəstəxanadan buraxılacaqlar.

Rusiyadakı səfirliyimizin əməkdaşları ərazidədir və vətəndaşlarımıza zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər görülür. Bütün vətəndaşlarımız Yeysk şəhərində mehmanxanada yerləşdirilib və ailələri ilə təmasdadırlar. Vətənə qayıtmaq niyyətində olan və sənədləri itmiş vətəndaşlarımız müvafiq qayıdış şəhadətnamələri ilə təmin olunublar".

XİN həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 288

Oxşar yazılar