7 yaşlı uşaq kanalda batıb  öldü
07 iyun 2026 02:07 (UTC +04:00)

7 yaşlı uşaq kanalda batıb öldü

0

Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi ərazisində baş verib.

Belə ki, kənd ərazisində velosiped sürən 2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangir oğlu ehtiyatsızlıqdan su kanalına düşüb. Aparılan axtarış tədbirləri zamanı o tapılaraq sudan çıxarılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar