Binədə mağaza yandı - VİDEO
06 iyun 2026 12:30 (UTC +04:00)

Binədə mağaza yandı - VİDEO

0

Bakıda mağazada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib.

 “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 200kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100kv.m. sahədə yanıb.

Mağazanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar