Keçmiş polis küçədə oğlunu öldürdü - Pul üstündə
06 iyun 2026 12:10 (UTC +04:00)

Keçmiş polis küçədə oğlunu öldürdü - Pul üstündə

0

Türkiyədə keçmiş polis küçədə oğlunu qətlə yetirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhərinin Sarıçam qəsəbəsində baş verib.

Narkotik aludəçisi olduğu deyilən 23 yaşlı Ahmet Kaan Kayhan keçmiş polis olan atası, 52 yaşlı Faruk Kayhandan pul istəyib. Atası pul verməyəndə oğul hirslənib və ona bıçaqla hücum edib. Bu zaman Faruk Kayhan əvvəlcə yol kənarından götürdüyü taxta ilə oğlunun qarşısını almağa çalışıb. Lakin bu nəticə vermədikdə, tapançanı götürərək ona bir neçə dəfə atəş açıb. Nəticədə gənc oğlan hadisə yerində ölüb. Faruk Kayhan isə oğlunun cəsədinin yanında gözləyərək, polisə qətl törətməsi barədə xəbər verib.

Faruk Kayhanın sözlərinə görə, oğlunu narkotikdən xilas edə bilməyib: “Qumar borcu da vardı. Pul istədi, vermədiyim üçün dalaşdıq. Bir anda özümü itirib güllələdim. Kaş ki, belə olmazdı”.

Məhkəmənin qərarı ilə keçmiş polis haqqında həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.

Ahmet Kaan Kayhan

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar