Zaqatalada hava pisləşdi, dolu yağdı - VİDEO
06 iyun 2026 23:19 (UTC +04:00)

Zaqatalada hava pisləşdi, dolu yağdı - VİDEO

1

Zaqatalaya güclü yağış yağıb, rayonun bəzi ərazilərinə dolu düşüb.

Lent.az xəbər verir ki, axşam saat 18 radələrindən başlayaraq ölkənin Şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib.

Balakən rayonu istiqamətindən bölgəyə qeyri-sabit iqlim daxil olub. Qeyr-sabit hava şəraiti daha çox Zaqatala rayonu ərazisində müşahidə olunub.

Rayon ərazisinə bir saat ərzində küləklə müşahidə olunan leysan yağışları yağıb. Çaylarda suyun səviyyəsində artım müşahidə olunub.

Zaqatala şəhəri, rayonun Yuxarı Tala, Aşağı Tala, Muxax və Sumaylı kəndlərinin ərazisinə qısamüddətli dolu yağıb.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

 

Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 706

Oxşar yazılar