Göygöldə güclü yağışdan  sonra sel evlərə doldu - FOTO
06 iyun 2026 19:26 (UTC +04:00)

Göygöldə güclü yağışdan sonra sel evlərə doldu - FOTO

1

Göygöl rayonunda güclü yağışdan sonra gələn sel sulları fəsadlara səbəb olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, rayonun Aşıqlı kəndində sel suları bir neçə evə dolub.

Həmçinin Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayonun Aşıqlı kəndində keçən hissəsində yağışdan sonra evin hasarı uşub. Nəticədə avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Bundan başqa, avtomobil yolunun üzərində yerləşən irigövdəli ağaclar yolunun hərəkət hissəsinə aşıb.

Hazırda əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib.

Qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 584

Oxşar yazılar