Lənkəranlı “morj”: “10 yaşımdan beləyəm...”
25 yanvar 2016 14:49 (UTC +04:00)

Lənkəranlı “morj”: “10 yaşımdan beləyəm...”

 

 

Rameş Mustafayevin 40 yaşı var, Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayır, balıqçıdır. Lent.az-ın məlumatına görə, Rameş qışın sərt şaxtasına, sazağına baxmayaraq, hər gün Xəzər dənizində çimir.

 

Lənkəranda “dəniz morj”u kimi tanınan Rameş bu qeyri-adi vərdişə atası Qüvvət kişinin sayəsində yiyələndiyini bildirir: “Atam balıqçı olub, gün-güzəranı həmişə dənizdə keçib. Məndə də dənizə məhəbbəti o aşılayıb. 10 yaşımdan beləyəm. Atam məni yanında dənizə gətirirdi. Özü də qışda dənizdə çimirdi, idmanla məşğul olurdu. Mən də onun hərəkətlərini görüb-götürüb təkrarlayırdım”.

 

Rameş Mustafayevin sözlərinə görə, 17 yaşından dənizi özünə sirdaş seçib. Hər gün bir qayda olaraq mavi Xəzərin sularına baş vurmasa, özündə rahatlıq tapmır.

 

Maraqlıdır ki, Rameş ömründə bir dəfə də olsun xəstələnməyib: “Qışda dənizdə çimməyin heç bir təhlükəsi yoxdur. Bədənim artıq soyuq suya öyrəşib. Atamın 65 yaşı var, 50 ildir bu dənizdə soyuq suda çimir. Amma indiyəcən ona iynə-filan dəyməyib”.

 

Ağəddin Babayev

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar