<span style="color:red;">Habil Əliyevin həyat yoldaşı:  “Deyirdi, ayağa duran kimi jurnalistlərə qonaqlıq verəcəm"
09 sentyabr 2015 12:22 (UTC +04:00)

Habil Əliyevin həyat yoldaşı: “Deyirdi, ayağa duran kimi jurnalistlərə qonaqlıq verəcəm"

“Hər kəs haqqını halal etsin. Habil insanlardan çox razı getdi”.

 

APA-nın xəbərinə görə, bu sözləri kamança ustası Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva Azərbaycan Dövlət Filarmoniyasında keçirilən vida mərasimində deyib. O bildirib ki, H. Əliyev insanların təmənnasız sevgisini qazandığı üçün xoşbəxt sənətkardır: “Allah hər kəsə bir ömür yazır. Habilin ömrü də bura qədər yazılıbmış. İnsanlar onu çox sevirlər. Ona görə də Habilin xatirəsi, sənəti, kamançası hər zaman yaşayacaq. Habil heç nədən nigaran getmədi. Həmişə deyirdi ki, həyatda mənə hər şey qismət olub. Xalq da, dövlət də Habili çox sevib, çox qiymətləndirib. Deyirdi, ayağa duran kimi, jurnalistləri evə yığıb, hamısına qonaqlıq verəcəyəm”.

 

Qeyd edək ki, H. Əliyev sentyabrın 8-də öz evində dünyasını dəyişib. O, I Fəxri Xiyabanda dəfn olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar