Torpağın qış yuxusundan oyandığı, ürəklərə sevinc və fərəh hissi çökdüyü, insanların özlərini təbiətə daha yaxın hiss etdiyi bir bayram yaxınlaşır – Novruz!
Bu münasibətlə İDEAL mağazalar şəbəkəsi Sizi təbrik edir və dəyərli müştəriləri üçün 20-24 mart tarixlərində 1+1 aksiyasını elan edir.
Bu isə hələ son deyil, şirkət İDEAL endirim kart sahiblərini yeni bir xəbərlə də sevindirir.
Belə ki, 20-24 mart tarixlərində keçirməyi planlaşdırdığı 1+1 aksiyasını, dəyərli müştəriləri olan İDEAL endirim kart sahibləri üçün 1 gün əvvəldən başlayır, yəni İDEAL endirim kart sahibləri 1+1 aksiyasından 19 mart tarixindən etibarən yararlana biləcəklər.