(R) Azərbaycan Beynəlxalq Bankı ilə Qazprombank arasında əməkdaşlıq sənədi imzalandı
30 may 2019 17:00 (UTC +04:00)

(R) Azərbaycan Beynəlxalq Bankı ilə Qazprombank arasında əməkdaşlıq sənədi imzalandı

30 may 2019-cu il tarixində Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə Rusiya Qazprombankı arasında əməkdaşlıq haqqında razılıq sənədi imzalanıb. Azərbaycan Beynəlxalq Bankı tərəfdən sənədi bankın İdarə Heyətinin sədri Abbas İbrahimov, Qazprombank tərəfdən isə bankın İdarə Heyəti sədrinin müavini Aleksey Belous imzalayıb.

Razılıq sənədində ölkəmizdə həyata keçirilməsi planlaşdırılan bir sıra investisiya və digər kommersiya layihələrində birgə iştirak məsələləri nəzərdə tutulur. Neft-kimya, neft-qaz emalı sənayesi, kənd təsərrüfatı, nəqliyyat, rabitə və s. bu kimi sahələrdə biznes layihələrinə maliyyə dəstəyi əməkdaşlığın prioritet istiqamətlərinə daxildir. Bundan başqa, banklar bu əməkdaşlıq çərçivəsində maliyyə məsləhətçiliyi xidmətləri, kapital bazarlarında iştirak, Azərbaycan və Rusiya arasında milli valyutalarda hesablaşmaların inkişaf etdirilməsi və s. bu kimi məsələlərə də diqqət göstərəcəklər. Azərbaycan Beynəlxalq  Bankının Rusiyadakı törəmə müəssisəsi olan ABB-Moskvanın da bu əməkdaşlıq çərçivəsində Qazprombankla müəyyən layihələrdə birgə iştirakı nəzərdə tutulur.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bankın xarici maliyyə institutları ilə əlaqələrin inkişafına mühüm önəm verdiyini bildirib: “Biz xarici əlaqələrimizi daim inkişaf etdirir, yeni əməkdaşlıq imkanlarını hər zaman dəyərləndirməyə çalışırıq. Azərbaycanla Rusiya arasında geniş iqtisadi-ticari əlaqələr mövcuddur. Azərbaycan Beynəlxalq Bankı ilə Qazprombank arasında tərəfdaşlıq münasibətləri, həyata keçirilən birgə layihələrimiz, ümid edirik ki, bu əlaqələrə öz töhfələrini verəcək”.

Qazprombankın İdarə Heyəti sədrinin müavini Aleksey Belous deyib: “Azərbaycan MDB məkanının ən dinamik inkişaf edən ölkələrindən biridir. Qazprombank bu ölkə ilə uzunmüddətli işgüzar əlaqələrə və dost münasibətlərinə malikdir. Azərbaycan Beynəlxalq Bankı ilə geniş əhatəli maliyyələşdirmə layihələrinin həyata keçirilməsi təcrübə mübadiləsinə imkan verəcək və inkişaf üçün yeni fürsətlər yaradacaq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

# 417
avatar

Oxşar yazılar

Bakıda 33 dərəcə isti  olacaq - Sabahın HAVASI

Bakıda 33 dərəcə isti olacaq - Sabahın HAVASI

30 may 2024 , 12:56
Bakının ən böyük prospektində  hərəkət məhdudlaşdırılır

Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılır

30 may 2024 , 10:24
Bu rayonların qazı kəsiləcək

Bu rayonların qazı kəsiləcək

30 may 2024 , 09:45
DİQQƏT:  Bu yollar tıxacdır

DİQQƏT: Bu yollar tıxacdır

30 may 2024 , 08:57
Bu şəhərdə temperatur  REKORDU: 50 dərəcəni   keçib

Bu şəhərdə temperatur REKORDU: 50 dərəcəni keçib

29 may 2024 , 19:57
Xocalı şəhəri

Xocalıya həyat qayıdır - VİDEO

29 may 2024 , 17:22
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42