(R) “DəmirBank” İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə əməkdaşlığını genişləndirir
06 noyabr 2014 15:20 (UTC +04:00)

(R) “DəmirBank” İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə əməkdaşlığını genişləndirir

 

 

Məlum olduğu kimi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı ilə yaradılıb, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin tabeliyində fəaliyyət göstərir və informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır.

 

Fondun əsas məqsədlərindən biri Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsindən ibarətdir. Fondun vəsaitləri Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafının prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə, eləcə də İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payına, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşuna yönəldilir.

 

Fond tərəfindən layihələrin maliyyələşdirilməsi mexanizmi Müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə həyata keçirilir. “DəmirBank”  Fondun müvəkkil kredit təşkilatları sırasına ilk daxil olan kredit təşkilatlarından olmuşdur və bu məqsədlə Fondla müvafiq əməkdaşlıq müqaviləsi imzalanmışdır. Hazırda “DəmirBank” Fond tərəfindən ona ayrılmış 1 milyon manat məbləğində limitin istifadəsi üzrə layihə seçimi prosesini yekunlaşdırmaq üzrədir. Bu ay Fondun vəsaitləri hesabına ilk kreditin verilməsi nəzərdə tutulur.

 

Ölkənin ilk kommersiya bankı olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 385
avatar

Oxşar yazılar