®Gəncə sakinləri də xəyallarındakı premium mənzillərə sahib ola biləcək
31 may 2018 10:00 (UTC +04:00)

®Gəncə sakinləri də xəyallarındakı premium mənzillərə sahib ola biləcək

Artıq neçə ildir ki, ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısına əsasən regionlarda, ələlxüsus də Azərbaycanın ikinci paytaxtı olan Gəncədə sürətli və genişmiqyaslı quruculuq və abadlıq işlərinə start verilib, istər sosial, istərsə də iqtisadi sahədə biri-birindən dəyərli layihələr ərsəyə gətirilib.

 

Sözsüz ki, bu inkişaf tikinti və daşınmaz əmlak sektorundan da kənar keçməyib və nəticədə Gəncədə son dövrdə bir sıra çoxmərtəbəli yaşayış kompleksləri inşa edilib.

 

Lakin bu gün sözü gedəcək “Çinar” yaşayış kompleksi xidmət səviyyəsi, dizayn, təmir, eləcə də bir sıra digər parametrlər üzrə paytaxt Bakıda tikilən premium binalarla rəqabət aparmağa hətta bəzi məqamlarda üstün olmağa tam iddialıdır.

 

Belə ki, Gəncə şəhəri, Heydər Əliyev prospektində 3 giriş, 16 mərtəbə və 168 mənzildən ibarət bir çinar kimi yaşayış kompleks yüksəlib ki, bu kompleksi ərsəyə gətirən “Gəncə” MTK Azərbaycanın 2-ci paytaxtının sakinlərinə tam təmirli, təbii qazla təchiz edilmiş, çıxarışlı və ən müasir mebel və avadanlıqlarla təmin edilmiş mənzillər təqdim etməyə hazırdır. İnfrastruktur baxımdan şəhərin ən əlverişli hissəsində yüksəldilmiş və artıq yaşamaq üçün tam hazır vəziyyətdə olan “Çinar” yaşayış kompleksinin inşası zamanı ən innovativ texnologiyalar və müasir standartlar tətbiq edilib.

 

 

Kompleksin binalarının fərqli görünüşü və geniş, yaşıl həyəti buradakı sakinlərin həyatlarına xüsusi rəng qatmaqla yanaşı, rahatlıq, təhlükəsizlilik və etibarlılıq hissi yaşadacaq.

 

“Çinar” yaşayış kompleksi yalnız sözlərlə kifayətlənmir. Belə ki, aşağıda “Çinar”-dan mənzil almağın bir neçə səbəbi sadalanıb ki, bu üstünlüklərə görə yaşayış kompleksi paytaxt Bakıda inşa edilən ən premium binalarla rəqabət aparmaq imkanına malikdir:

 

 

- Azərbaycanda ilk dəfə “Mitsubishi electric” multi-soyutma sistemi;

- Regionlarda ilk dəfə kompleksə daxil olan suyun xüsusi filtrasiyası və mənzillərə artıq hazır içməli suyun verilməsi;

- İtaliya istehsallı borulardan quraşdırılmış isitmə sistemi;

- Rusiya istehsallı taxta millər üzərində döşənmiş Tayvan istehsallı bambuk parketlər;

- “Gewiss” elektrik sistemi;

- Türkiyə istehsallı giriş və daxili qapılar;

- Hər girişdə üç ədəd “Mitsubishi” liftləri;

- Geniş həyətyanı park, uşaq-əyləncə hissələri, ailəvi istirahət üçün iaşə obyekti və 250 avtomobillik ayrıca parkinq yeri;

 

 

Qeyd olunan üstünlüklər, əlverişli yerləşmə, gözəl mənzərə, müasir dizayn və inkişaf etmiş infrastrukturu özündə birləşdirən “Çinar” yaşayış kompleksi hər kəsin zövqünü və ən kiçik belə tələbatını qarşılamaq iqtidarındadır. 

 

 

Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının yaramnasının 100 illiyi ilə əlaqədar olaraq “Çinar”-dan gəncəlilərə bir müjdə olacaq. Belə ki, may ayının 28-dən iyun ayının sonunadək yaşayış kompleksindən mənzil alan müştərilərə mənzillərin eyvan sahələri hədiyyə ediləcək.

 

“Çinar”-dan mənzil əldə etmək üçün (051) 600-20-20 nömrəsi ilə əlaqə saxlaya və ya kompleksdə təşkil edilmiş satış ofisinə müraciət edə bilərsiniz.

 

Çinar kimi yüksələn “Çinar”ın kölgəsində siz də öz yerinizi tapın.

 

Əlaqə telefonu: (051) 600-20-20

Facebook: https://www.facebook.com/chinarkompleks/?ref=br_rs

İnstaqram: https://www.instagram.com/chinarkompleks/

Reklam hüququnda

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar