Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi – niyyət gecəsidir. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman Ramazan ayına başlamış olur.
Ramazan – müsəlman ay təqviminin doqquzuncusudur. Bu ay ərzində müsəlmanlar vacib buyurulmuş oruc tuturlar.
Qeyd edək ki, builki hesablamalara əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 18 iyun 2015-ci ilə təsadüf edir. Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - iyul ayının 18-ə təsadüf edir və həmin gün bayram namazı qılınacaq.