[b]V ixtisas qrupuna və kolleclərə qəbul imtahanı keçiriləcək[/b]
09 iyul 2018 10:14 (UTC +04:00)

[b]V ixtisas qrupuna və kolleclərə qəbul imtahanı keçiriləcək[/b]

 

Dövlət İmtahan Mərkəzi iyulun 10-da növbəti imtahanlar keçirəcək.
 
 
Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, imtahanlar 9 şəhər və rayonda –  Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 50 imtahan mərkəzində təşkil olunacaq və ümumilikdə 26014 nəfərin iştirak edəcəyi gözlənilir.
 
 
Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 18116 nəfər əvvəlki illərin məzunlar, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4437  nəfər əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, həmçinin üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 847 nəfər IX sinif , 2614 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.
 
 
İmtahanların idarə olunması üçün 170 imtahan rəhbəri, 2073 nəzarətçi-müəllim ayrılıb.
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297
avatar

Oxşar yazılar