[b]Uçan yataqxananın sakinlərinə 45 min manatın verilməsinə başlanıldı[/b]
20 aprel 2016 11:57 (UTC +04:00)

[b]Uçan yataqxananın sakinlərinə 45 min manatın verilməsinə başlanıldı[/b]

Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 10 və 14 saylı yataqxanada yaşayan ailələrin bank hesablarına  45 min manat vəsaitin köçürülməsi prosesinə başlanıb.

 

Bu barədə APA-ya Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Zaməddin Əkbərov bildirib. Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli 217 saylı sərəncamına əsasən, kəskin qəzalı vəziyyətdə olan bu iki yataqxana binasının sökülməsi, həmin yataqxanada faktiki yaşayan ailələrin hər birinə dövlət hesabına 45 min manat vəsait verilməsi nəzərdə tutulub. Bu iki yataqxanada 25 məcburi köçkün ailəsi, 1 qeyri-yaşayış sahəsi, qalanları yerli sakinlər olmaqla, 185 ailənin hər birinə 45 min manat veriləcək.

 

Z. Əkbərov deyib ki, artıq sənədlərini təqdim edən 12 ailə üçün açılmış hesablara vəsait köçürülüb: “Həmin ailələr bu günün sonuna qədər, yaxud səhər hesablarına köçürülmüş 45 min manatı ala bilərlər. Digər sakinlər də sənədlərini təqdim edirlər”.      

 

Qeyd edək ki, martın 28-də Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanında yerləşən Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındakı beşmərtəbəli yataqxananın 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264
avatar

APA Baycan

Oxşar yazılar