<b>SSRİ-nin ilk müstəqil televiziyasından</b><span style="color:red;"> REPORTAJ
26 noyabr 2014 16:57 (UTC +04:00)

SSRİ-nin ilk müstəqil televiziyasından REPORTAJ

ANS-in, ANS televiziyasının bu gün 23 yaşı tamam olur. 1991-ci ilin 26 noyabr tarixində barmaqla sayılacaq heyətlə teleməkana atılan ANS müstəqil Azərbaycandan cəmi 39 gün balacadır. Heyətdə oyunçuların az olmasına baxmayaraq, meydanda sona qədər oynadılar. Fərq etməz, problemi olan istənilən şəxs ilk növbədə ANS-in qapısına yüyürürdü. Hazırladığı xəbərlərdən tutmuş, 2006-cı ildə 15 illik yubiley ərəfəsində televiziyanın tezliyinin alınması belə ölkədə hadisəyə çevrilib. Bəli, ANS Azərbaycan cəmiyyətində, Azərbaycan mediasında hadisədir. Onlar daima hadisələrin içində “Dəqiq, qərəzsiz və vicdanlı” olmağa çalışırlar. ANS qapadılan zaman televiziyanın vitse-prezidenti Mir Şahin Ağayevin mətbuat konfransında söylədiyi bu cümlə mənzərəni özündə tam ifadə edirdi: “ANS xalqın infarkt keçirməsinə imkan verməyən ümumxalq efiri idi”. 

 

İndi onlar müstəqil və böyük bir şirkətə çevriliblər. “Xəbərçi” proqramı, “Döyüş alnınıza yazılıb” şüarı 90-cı illər nostalgiyasına başqa bir rəng qatıb. Bütün bunlar öz yerində, ANS həm də böyük bir məktəbdir. Bir qədər obrazlı desəm, Niderlandın “Ayaks” futbol klubu Avropa futbolunu istedadlı və bacarıqlı futbolçularla necə təmin edirsə, ANS də televiziya jurnalistikasını eləcə jurnalistlərlə təmin edir.   

 

Keçmiş ANS-çilər müxtəlif televiziyalarda, müxtəlif qurumlarda çalışmalarına, yaranmış müəyyən söz-söhbətlərə baxmayaraq, ANS-in şnelindən çıxdıqlarını danmırlar. Elə ANS, ANS rəhbərliyi də nə onları danır, nə də unudur. Necə ki, bu gün Orxan Fikrətoğlu, Mübariz Əsgərov, Sevil Nuriyeva, Gündüz Abbaszadə və digər keçmiş ANS-çilərin fotoları ANS-in dəhlizindən boylanır.

 

APA Holdinq”, Lent.az adından ANS rəhbərliyində təmsil olunan şəxslərdən heç olmasa birinə təbriklərimizi çatdırmaq istəyirdim. Onsuz da ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevdən əlimi çoxdan üzmüşdüm. Niyə? Səbəb sadədir. Rejissor kimi də fəaliyyət göstərən Vahid müəllimin bu il də başı “Qara yanvar” filminin çəkilişlərinə qarışdığı üçün işdə yox idi. Bircə ümidim Mir Şahin Ağayevə idi ki, o da sağ olsun, ümidimi qırmadı. Keçirdiyi iclası yarımçıq tərk edib qiymətli vaxtından beş dəqiqə ayıra bildi.  Bir az əsəbi, bir az gərgin otağının qarşısında söhbətləşən anda Mir Şahin Ağayevə gül dəstəsini uzatmaq istəyib, sözə başlamaq istəyirdim ki, o da müavini Qənirə Ataşovanı nişan göstərdi.  Gül problemini məharətlə həll edən Mir Şahin Ağayev qaçaraq hərəkət etməsinə baxmayaraq, sualımızı cavabsız qoymadı:

 

- Mir Şahin müəllim, 2006-cı ildə ANS qapadılanda “ANS hamının sümüyünə düşən mahnını ifa etmirdi” demişdiniz. İfanızda hər hansı bir dəyişiklik var?

 

- Yox, yox nə danışırsınız? Heç bir dəyişiklikdən söhbət gedə bilməz.

 

Mir Şahin Ağayev əslində, çox şeylərdən danışdı, amma and-aman elədi ki, danışdıqlarımı yazmayın. Nə edək? Yazma deyirsiniz, biz də yazmırıq. Mir Şahin müəllim, şad gününüzdə sözlərinizi qəribçiliyə salmadıq ha!

 

Qəfil gəlişimiz ANS-çiləri əməlli-başlı çaşdırmışdı. Kimə yaxınlaşırdıqsa “Məni çəkmə, mən danışmaq istəmirəm” deyib bir kənara çəkilirdi. “Xəbərçi”nin aparıcısı Natəvan Babayeva səhhətində, daha doğrusu səsində yaranmış problemi əsas gətirib danışmaqdan boyun qaçırdı:

 

- Axşamda efirdə olmalıyam. Özümü gözləyirəm. Bir də aparıcı nə qədər az danışsa, bir o qədər yaxşıdır.

 

15 ildir ki, ANS-də çalışan Qənirə Ataşova makiyajsız olduğu üçün daş atıb başını tutdu ki, danışmayacam:

 

- Gələndə, heç olmasa xəbər verərdiniz hazırlaşardıq da.

 

Qənirə Ataşova 1999-cu ildən ANS-də işə başlayıb. ANS-də özünü rahat hiss etdiyini bildirdi:

 

- Jurnalistika elə bir sahədir ki, sənə hər an müxtəlif yerlərdən fərqli təkliflər gələ bilər. Bu normal haldır. Amma ANS mənim üçün həm doğma, həm də rahatdır. 2006-cı ildə ANS bağlananda da, qətiyyən kanalı tərk etmək haqda fikirləşməmişdim. Düşünürdüm ki, keçici dönəmdir, hər şey keçib gedəcək. Elə düşündüyüm kimi də, oldu. bu müvəqqətidir.

 

ANS-də çalışdığı müddət ərzində canlı efirdə bir çox kuryoz hadisələrin iştirakçısı olmuş Qənirə xanım başına gələnləri sırf təsadüf hesab edir:

 

 

- O qədər elə hadisələr olub. Məsələn, bir dəfə Elman Abdullayev (Xarici İşlər Nazirliyinin keçmiş mətbuat katibi, Azərbaycanın Həbəşistandakı səfiri-red) kameranın arxasında qəfil yıxıldı. Mən də özümü saxlaya bilmədim. Əslində jurnalist, aparıcı özünü ələ almağı bacarmalıdır. Amma biz də insanıq, bəzən hisslərimizə hakim ola bilmirik.

 

 

Qənirə xanımla söhbətimizi bitirər-bitirməz “Xəbərçi”nin xüsusi müxbiri Ləman Ələşrəfqızını nişan verdi. Ləman xanım isə 11 ildir ki, ANS-də çalışır:

 

- Bu gün səhərdən bura gələn jurnalistlərin əksəriyyətinin verdiyi birinci sual budur ki, ANS-də işçiləri çox sıxırlar. Sən necə qalırsan burda? Əgər mən 11 ildə burda duruş gətirə bilmişəmsə, deməli, mühit söhbəti gedə bilməz. Lap tutalım varsa belə, bu xəbərdə birinci olmağa hesablanıb. Bəli, ANS-də işgüzar gərginlik var. Yenə deyirəm, bu birinci olmağa hesablanmış gərginlikdir. Kimi necə sıxıblar, onu deyə bilmərəm. Mən ANS-ə qəzetdən gəlmişdim. Qəzet və televiziya jurnalistikası tamam fərqlidir. Təzə gələndə çox çətin məktəb keçdim. Hər gün evə gedəndə deyirdim ki, sabah işə getməyəcəm. Mən ANS-ə təzə gəldiyim vaxtlar xəbərlərə Seyfulla Mustafayev nəzarət edirdi. Bir məsələ ilə bağlı Müdafiə Nazirliyindən kiminsə münasibətini öyrənmək lazım idi. Mən getdim və oradan əliboş qayıtdım. Dedim, müsahibə vermədilər. Hətta bunu gülə-gülə dedim. Seyfulla müəllim də dedi ki, burda müsahibəsiz geri qayıtmaq yoxdu. Onda bu sözləri qulağımda sırğa elədim ki, əgər sən çəkilişə çıxmısansa, əliboş qayıtmamalısan, informasiya ilə dönməlisənn. Bərkimək üçün, jurnalistin jurnalist kimi ixtisaslaşması üçün belə bir  mühit olub. Bu gün də var, bizim keçdiyimiz məktəb daha sərt idi.

 

ANS-də özümə müəllim bildiyim insanlar var. Vahid və Seyfulla Mustafayevlərdi, Mir Şahin Ağayevdi. Biz, bu üçlükdən öyrənmişik. Mən qəzetdən gəlmişdim, imzam da kifayət qədər tanınırdı. Amma bununla belə, ANS-də sözün həqiqi mənasında, dəqiq, qərəzsiz və vicdanlı olmağı öyrəndim. Üstəgəl, ANS-dən əvvəl çalışdığım müxalifət qəzetlərində qarşı tərəfin mövqeyini işıqlandırmaya bilərdin. Hətta bizi məhkəmə də qorxutmurdu. Mən burda öyrəndim ki, qarşı tərəfin mövqeyi vermək vacibdir. Buna görə, ANS-i seçdiyim üçün peşman deyiləm.

 

Bax belə, mümkün qədər çalışdıq ki, həmkarlarımızın sevincinə şərik ola bilək. ANS-in kulisində ad günü hiss olunmasa da, efirdə yaman vur çatlasın idi:

 

- Happy birthday to you! Happy birthday to you! Happy birthday to you!

# 2627
avatar

Oxşar yazılar

Bakıda 33 dərəcə isti  olacaq - Sabahın HAVASI

Bakıda 33 dərəcə isti olacaq - Sabahın HAVASI

30 may 2024 , 12:56
Bakının ən böyük prospektində  hərəkət məhdudlaşdırılır

Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılır

30 may 2024 , 10:24
Bu rayonların qazı kəsiləcək

Bu rayonların qazı kəsiləcək

30 may 2024 , 09:45
DİQQƏT:  Bu yollar tıxacdır

DİQQƏT: Bu yollar tıxacdır

30 may 2024 , 08:57
Bu şəhərdə temperatur  REKORDU: 50 dərəcəni   keçib

Bu şəhərdə temperatur REKORDU: 50 dərəcəni keçib

29 may 2024 , 19:57
Xocalı şəhəri

Xocalıya həyat qayıdır - VİDEO

29 may 2024 , 17:22
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42