[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 May[/b]
25 may 2016 20:32 (UTC +04:00)

[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 May[/b]

Günün şərhi

 

Ukrayna öz qəhrəmanına qovuşdu. Helikopter pilotu, baş leytenant Nadejda Savçenko 709 gün sonra həbsdən - əslində əsirlikdən azad olundu. 

Xanım Savçenko istər könüllü olaraq vətənin müdafiəsinə qoşulması və döyüşlərdə iştirakı, istərsə də Rusiya həbsxanalarında və məhkəmə proseslərindəki davranışları ilə Ukraynada milli qürur mənbəyinə çevrilib və simvollaşıb. Qeyd etmək lazımdır ki, o, döyüşdə göstərdiyi hansısa şücaətə görə yox, məhz düşmən sayılan dövlətin əlində əsir olarkən sınmaması, dəmir iradə nümayiş etdirməsi, öz xalqının və dövlətinin mənafeyini cəsarətlə müdafiə etməsi ilə əlaqədar “Ukrayna Qəhrəmanı” adına layiq görülüb.

 

Nadejda Savçenko Ukraynada patriotizm, milli özünüdərk və milli birlik prosesinə misilsiz töhfələri ilə Simon Petlyura, Stepan Bandera, Roman Şuxeviç ənənələrinin layiqli davamçısı olduğunu göstərib. Ali Radanın deputatı, Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü kimi onun bundan sonrakı fəaliyyəti şübhəsiz ki, bütün dünyada diqqətlə izlənəcək.  

Savçenkonun məsələsi Donbas probleminin həlli üzrə “Normandiya dördlüyü” çərçivəsində keçirilən görüşlərdə və Rusiya-Qərb münasibətlərində əsas müzakirə mövzularından biri idi. Onun azadlığa qovuşması problemin həlli üzrə danışıqlarda müsbət atmosfer yaradacaq. Kreml bu məsələdə güzəştə getməklə əslində münaqişənin həlli istiqamətində xoş niyyət nümayiş etdirir və sanksiyaların ləğvi üçün zəmin hazırlamaq istəyir. Qərbin bu xoş niyyətə cavabı Donbas məsələsinin həllində atılacaq real addımlardan asılı olacaq. Rusiyaya qarşı Qərb sanksiyalarının növbəti, 2017-ci ilə keçib-keçməyəcəyi məhz Kremlin qarşıdakı aylarda xoş niyyətli addımlarını davam etdirib-etdirməyəcəyindən asılıdır. 

 
# 121
avatar

Oxşar yazılar